Doğru.az klubun rəsmi kanalın istinadən xəbər verir ki, Bakının “Neftçi” klubu yeni hücumçu transfer edib. Bakılılar Bolqarıstanın “ÇSKA Sofia” klubunda forma geyinən Əhməd Əhmədovu transfer ediblər. Oyunçu icarə əsasında “Neftçi”də forma geyinəcək.
Oyunçu bundan əvvəl Bolqarıstanın “Pomorie”, “Dunav Ruse” klublarında da forma geyinib.