image-n1karobka_ads
image-123
image-nerimanovvvvbackend

Nəriman Nərimanovun heykəli ilə bağlı RƏSMİ AÇIQLAMA

image-ad_qayo_720x110px

Naxçıvan Şəhər İcra Hakimiyyəti Nizami küçəsində olan Nəriman Nərimanovun heykəlinin ərazidən götürülməsi ilə bağlı məsələyə münasibət bildirib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Pəncalı Hüseynov bildirib ki, “Böyük bağ” ərazisində ucaldılmış heykəl zərurət səbəbindən götürülüb və yerinə qaytarılacaq:

“Ərazidə yağan yağışlar səbəbindən heykəlin postamentinin alt hissəsində çökmə baş vermişdi. Hazırda ərazidə bərkitmə işləri həyata keçirilir, armatur toxunur. Bərkitmə işləri yekunlaşandan sonra Nəriman Nərimanovun heykəli yerinə bərpa ediləcək”.
P.Hüseynov təmir işlərinin hansı müddətə başa çatmasının hava şəraitindən asılı olduğunu bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki