İsveçrənin Nestle şirkəti Rusiyada fəaliyyətini davam etdirdiyi üçün Ukraynanın “beynəlxalq müharibə sponsorları” siyahısına daxil edilib.
Bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyi (NACP) özünün Telegram kanalında məlumat yayıb.
Şirkətin dünya üzrə 2000-dən çox brendi, o cümlədən KitKat, Nescafe, Nesquik, Nestea və başqaları kimi tanınmış brendlər var.
NAPC yazır ki, Nestle-nin Rusiya Federasiyasındakı mənfəətinin bütün şirkətin fəaliyyətinin cəmi 2% -dən bir qədər çox olmasına baxmayaraq, Rusiya bazarını tərk etmək qərarına gəlməyib.
Nestle öz mövqeyini onunla izah edir ki, şirkət rusları zəruri mallarla təmin edir, həmçinin Rusiya Federasiyasındakı işçiləri ilə bağlı narahatdır. Eyni zamanda, agentliyin məlumatına görə, şirkət Rusiya Federasiyasına zəruri mallar üçün xammal idxal etməklə yanaşı, həm də öz biznesini inkişaf etdirmək üçün ölkəyə gizli şəkildə texnoloji avadanlıq göndərməyə çalışır.
Mənbə: Haberler.com