image-n1karobka_ads
image-123
image-idblguylojarhyngwwdghk4ggwiioa2r9a4wlc6i_1200backend

Netanyahu: İsrail Dəməşqdə Prezident Sarayının yaxınlığındakı hədəfi vurdu

İsrail Müdafiə Qüvvələri (IDF) Suriyanın paytaxtı Dəməşqdə prezident sarayının yaxınlığındakı hədəfi vurub.

Bu barədə İsrailin baş naziri Binyamin Netanyahu və ölkənin müdafiə naziri İsrael Katsın birgə bəyanatında deyilir.

“Bu, Suriya rejiminə açıq siqnaldır. Biz qoşunların Dəməşqin cənubuna göndərilməsinə və ya druz icması üçün təhlükə yaratmasına icazə verməyəcəyik”, – ” The Times of Israel” bəyanatdan sitat gətirir.

Bundan əvvəl yəmənli husilər 4 pilotsuz təyyarə ilə Tel-Əviv və Aşkelondakı İsrail hədəflərinə zərbələr endirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki