image-n1karobka_ads
image-123
image-685ae64302e8bd71c535b11dbackend

Netanyahunun ofisi: İran eskalasiya zamanı İsrailə təxminən 550 raket atıb

Gərginlik zamanı İran İsrail ərazisinə 550-yə yaxın raket atıb.

Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.

O, öz Telegram kanalında əlavə edib ki, əməliyyat başlayandan İran İsrail ərazisinə mindən çox pilotsuz uçan aparat atıb.

Gərginlik zamanı İsrailin İran tərəfindən atəşə tutulması nəticəsində 28 nəfər ölüb, 1472 nəfər yaralanıb.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri İranla atəşkəs elan edildikdən sonra əhaliyə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki