image-n1karobka_ads
image-123
image-14-pic_32ratio_900x600-900x600-51226backend

Neymar klubdan onu “Barselona”ya buraxmağı xahiş edib

image-ad_qayo_720x110px

“Əl-Hilal”ın braziliyalı hücumçusu Neymar klubdan onu “Barselona”ya icarəyə verməsini istəyib. Bu barədə Sport.es xəbər verir.

Nəşrin məlumatına görə, braziliyalı dizindən zədəsini sağaldıqdan sonra bir ili icarə əsasında İspaniya klubunda keçirmək istəyir. Futbolçunun transferi ilə bağlı klubların heç bir danışıqlar aparmadığı bildirilir.

Braziliyalı forvard 2023-cü ilin yayında 90 milyon avroya Fransanın “Paris Sen-Jermen”indən “Əl-Hilal”a keçib.Ümumilikdə o, yeni komandasında 5 oyun keçirib və bir qol vurmağı bacarıb. Oktyabrın 18-də Neymar Braziliya millisinin Uruqvayla matçında dizindən zədə alıb.

Mənbə: NTV Spor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki