image-n1karobka_ads
image-123
image-nqliyyat-ntellektual-daretm-mrkzi-piyadalara-v-srclr-mracit-edibbackend

NİİM “toy karvanları”nda iştirak edən sürücülərə müraciət edib

image-ad_qayo_720x110px

Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.

Doğru.az xəbər verir ki, müraciətdə deyilir: “Bəzi sürücülər nəqliyyatın hərəkəti zamanı qəza dayanma işıq siqnalını yandıraraq bütün hərəkət zolağını tutur və yollarda süni sıxlıq yaradırlar. Müşahidələr göstərir ki, “toy karvanları”nda olan bəzi sürücülər yolun hərəkət zolaqlarını tamamilə tutmaqla yanaşı, manevretmə qaydalarını da pozmaqla küçə və prospektlərdə süni sıxlıq yaradır və bununla onlar digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olurlar.

Eyni zamanda, bəy-gəlin maşınını müşayiət edən belə şəxslər şadlıq saraylarının yaxınlığında olan yollarda dayanma və durma qaydalarına da əməl etmirlər və nəticədə hərəkətin ləngiməsinə səbəb olurlar”.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “toy karvanları”nda iştirak edən sürücülərdən bir zolaq üzrə yolun sağ tərəfində sıra ilə hərəkət etmələrini xahiş edir ki, yollarda sıxlığın yaranmasına səbəb olmasınlar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki