Amerikalı idman geyimləri istehsalçısı Nike, idman ayaqqabısının üst hissəsinin istehsalı üçün patentləşdirilmiş texnologiyadan istifadə etdiyi üçün New Balance və Skechers-i məhkəməyə verib.
Nike bildirib ki, Nike Flyknit texnologiyası şirkətə az material və ya tullantıdan istifadə etməklə üstün performans, dizayn və estetikaya malik ayaqqabılar yaratmağa imkan verir.
İddia ərizəsində bildirilir ki, patentləşdirilmiş texnologiya rəqiblər tərəfindən Skechers Arch Fit, Glide Step və Ultra Flex 3 qaçış ayaqqabıları, həmçinin New Balance Fresh Foam və FuelCell istehsalında istifadə olunub.
Nike əlavə edib ki, şirkət daha əvvəl Skechers-ə qarşı patent pozuntusu ilə bağlı iddia qaldırıb.
Mənbə: Reuters