image-n1karobka_ads
image-123
image-17247400863831854146_1200x630backend

Nizami rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

image-ad_qayo_720x110px

Avqustun 26-də saat 4 radələrində Nizami rayonu ərazisində 1979-cu il təvəllüdlü Sakit Nağıyevin xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami rayon prokurorluğundan Doğru.az-a bildirilib ki, araşdırma zamanı 1998-ci təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə əri Sakit Nağıyevə kəsici-deşici əlatlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Aynur Nağıyeva iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki