image-ads_n1karobka_mobile
Norveçin paytaxtı Osloda    “Biz Qalibik” adlı tədbir keçirilib- FOTOLARbackend

Norveçin paytaxtı Osloda “Biz Qalibik” adlı tədbir keçirilib- FOTOLAR

Norveçin paytaxtı Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbinin təşkilatçılığı ilə Azərbaycan Evində həmyerlilərimiz şanlı ordumuzun qələbəsini « Biz Qalibik!» şüarı altında qeyd etmişdilər.

Doğru.az xəbər verir ki, tədbir Azərbaycan himni və vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhuna ehtiram ilə başlamışdır. Oslo Azərbaycan Evinin sədri Ramil Əliyev həmyerlilərimizi və şagirdlərimizi bu böyük qələbə münasibəti ilə ürəkdən təbrik etmişdir. R. Əliyev bildirmişdir ki, 44 gün davam edən müharibə ərzində Norveçdəki diasporamız ordumuza dəstək nümyaiş etdirmiş, Norveç mediasına və siyasətçilərinə Qarabağ həqiqətləri haqqındaa informasiya vermişdir.Azərbaycan bayrağı və gerbi ilə bəzdilimiş zəfər tortları məktəbimizin müəlliməsi Arzu Rzayeva və şagirdlərimiz tərəfindən kəsilmişdir. Tədbirdə şagirdlərimizin əl işləri, mədəni irsimiz və işğaldan azad olunmuş torpaqlarımızla bağlı sərgi nümayiş olunmuşdur. Həmyerlilərimiz görkəmli sənətkarımız Müslüm Maqomayevin « Azərbaycan mahnısını məharətlə və qələbə coşğusu ilə ifa etmişdilər. Tədbirimiz Norvçdə doğulmuş və böyümüş uşaqlarımızın qələbə sevinci ilə səsləndirdikləri

Yaşasın vətənimiz, Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır! şüarları ilə davam etmişdir


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki