Novosibirsk vilayətinin Moşkovski rayonunda yerli və beynəlxalq istiqamətlərə, o cümlədən Çinə və Asiya-Sakit okean regionu ölkələrinə yüklərin daşınması üçün sənaye və logistika parkında konteyner terminalının işə salınması planlaşdırılır.
Regionun iqtisadi inkişaf naziri Lev Reşetnikov bildirib ki, parkdan ilk konteyner qatarları bu ilin sonuna qədər göndəriləcək.
Nazir qeyd edib ki, dəmir yolu xəttinin modernləşdirilməsi və iritonajlı konteynerlərin daşınması üçün konteyner terminalının inkişafı həm Rusiya daxilində, həm də xaricə, o cümlədən Çin və Asiya ölkələrinə göndəriləcək sürətləndirilmiş konteyner qatarlarının formalaşdırılmasına imkan verəcək.
Gələcəkdə ayda dörd konteyner qatarının daşınması planlaşdırılır. İlk qatarların yola salınması 2023-cü ilin sonuna planlaşdırılır.
Mənbə: Gazeta.ru