Almaniyada sənaye istehsalı 2022-ci ilin noyabr ayında əvvəlki ayla müqayisədə 0,7% azalıb. Bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.
Belə ki, ölkədə sənaye istehsalı ardıcıl olaraq altıncı aydır ki, azalıb. Noyabrdakı eniş 0,2% artım gözlənilən analitiklər üçün sürpriz oldu.
Tənəzzül sənaye, aralıq və istehlak mallarının istehsalına təsir etdi. Tikinti həcmi 2,9 faiz azalsa da, elektrik enerjisi istehsalı 3,9 faiz artıb.
Mənbə: Gazeta.ru