image-n1karobka_ads
image-123
image-ab80bc1a-98e5-4c8c-9a1b-0e6f947422a0_w408_r1_sbackend

Obama Trampı sabotaj edib – Ağ Evdən qalmaqallı açıqlama

image-ad_qayo_720x110px

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın 2017-ci ildə hakimiyyəti Donald Trampa ötürmə prosesini sabotaj etdiyi iddia olunub.

Doğru.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit açıqlama verib. Onun sözlərinə görə, Obama zahirdə hakimiyyətin dinc yolla ötürülməsində iştirak etdiyini göstərsə də, əslində Trampı zəiflətmək və ictimai rəydə nifaq salmaq üçün “böyük və iyrənc addımlar” atıb.

TASS-ın yaydığı məlumata görə, daha əvvəl ABŞ-ın keçmiş Milli Kəşfiyyat direktoru Tulsi Qabbard Obamanın administrasiyasının Rusiyanın 2016-cı il seçkilərinə iddia edilən müdaxiləsi ilə bağlı məlumatları siyasiləşdirdiyini və saxtalaşdırdığını sübut edən sənədlərin məxfilikdən çıxarıldığını bildirib.

Tramp isə Demokratların bu addımlarını “xəyanət” adlandırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki