Doğru.az xəbər verir ki, Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda “Changan” markalı minik avtomobili aşıb.
Sumqayıt sakini Əzimə İmanova idarə etdiyi maşını Xaçmaz rayonu ərazisində idarəetməni itirərək dəmir maneələrə çırpıb və nəticədə avtomobil aşıb.
Hadisə zamanı sürücü yüngül xəsarət alıb.
Dövlət Yol Polisi hadisə yerində araşdırma aparır, yolda təhlükəsizlik təmin olunub.
DOĞRU.AZ