image-n1karobka_ads
image-123
image-1005515backend

Oğuzda qanunsuz qumar oyunları təşkil edilən məkan aşkarlanıb

image-ad_qayo_720x110px

Oğuz Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən çay evlərinin birində qanunsuz qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Doğru.az-a bölgə müxbirinə verilən məlumata görə, görülən tədbirlərlə həmin obyektdə qumar oyunları təşkil edən icarədar Elnur Məmmədrəfiyev saxlanılıb. Çay evinə baxış zamanı qumar oyunlarına qoyulan pul vəsaiti və digər maddi sübutlar aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki