image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet_-_2022-09-19t181635-103backend

Ölkəmizi dünya çempionatında bu cüdoçular təmsil edəcək – SİYAHI

image-728x90px

Cüdo üzrə Azərbaycan milli komandasının oktyabrın 6-da Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Federasiyadan verilən məlumata görə, 8 gün davam edəcək mundialda ölkənin 11 idmançısı mübarizə aparacaq.

Cüdoçulara performans direktor Mark van der Ham, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçilər Mövlud Mirəliyev, Elçin İsmayılov və Mehman Əzizov, böyük performans analitik Zaur Babayev rəhbərlik edəcəklər.

Dünya çempionatında fərdi yarışlar 6 – 12 oktyabrda, komanda yarışları isə 13 oktyabrda olacaq. Göprüşlər Daşkənddə yerləşən “Humo Arena”da baş tutacaq.

Qadınlar

48 kq.
Leyla Əliyeva

52 kq.
Gültac Məmmədəliyeva

Kişilər

60 kq.
Kəramət Hüseynov

66 kq.
Orxan Səfərov
Yaşar Nəcəfov

73 kq.
Rüstəm Orucov
Hidayət Heydərov

81 kq.
Səid Mollayi

90 kq.
Məmmədəli Mehdiyev

100 kq.
Zelim Kotsoyev

+100 kq.
Uşanqi Kokauri

Qeyd edək ki, dünya çempionatına ümumilikdə 80-dən çox ölkədən 500-dən çox idmançı qatılacaq.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki