Omanda ABŞ və İran arasında dolayı danışıqlar başlayıb. Bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai məlumat verib.
“İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff arasında dolayı danışıqlar Omanın xarici işlər naziri Bədr bin Həməd bin Hamud əl-Busəidinin vasitəçiliyi ilə başlayıb”, – TASS onun sözlərini sitat gətirib.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəhbərinin ABŞ-la danışıqlar aparmaq üçün Omana gəldiyi məlum olub.
O, Oman vasitəçiləri vasitəsilə Tehranın mövqeyini Vaşinqtona çatdırıb.
DOĞRU.AZ