image-2000x150px
image-123
image-ads_atlas
image-17048937055828848723_1200x630backend

Ombudsman Aparatının yeni veb-saytı təqdim olunub – FOTO

image-728x90px

Yanvarın 10-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının yeni təkmilləşdirilmiş rəsmi internet səhifəsinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ombudsman Aparatının sektor müdiri Emil Şahzadə internet səhifəsinin yenidən hazırlanmasında və təkmilləşdirilməsində məqsədin bütün istifadəçilər, o cümlədən ombudsmana müraciət edən bütün şəxslər üçün saytın daha əlçatan olmasının təmin edilməsi, eyni zamanda vətəndaş müraciət və sorğularına daha operativ şəkildə cavab verilməsi olduğunu vurğulayıb.

Daha sonra aparatın sektor müdiri İnsaf Nəsirov yenilənmiş saytın üstünlükləri və funksionallığı haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O, yeni saytda xüsusi kateqoriyaya aid əlilliyi olan şəxslərin daha da əlçatanlığını təmin etmək məqsədilə zəif görmə qabiliyyəti olan şəxslər üçün xüsusi vasitənin əlavə edildiyini, saytın bölmələrinin sayının artırıldığını, sayt vasitəsilə canlı yayım, o cümlədən maarifləndirici tədbirlərin interaktiv şəkildə onlayn keçirilməsi imkanlarının yaradıldığını, foto və video arxivin zənginləşdirildiyini qeyd edib. Onun sözlərinə görə, yenilənmiş versiya dünyada fəaliyyət göstərən Ombudsman aparatlarının saytlarından fərqli olaraq hər bir kəs üçün müraciət etmək imkanları baxımından daha geniş və əlçatandır.

“Yeni sayt 8 hissədən ibarətdir və burada istifadəçilərə 7 növ müraciət etmək imkanı yaradılıb. Yeniliklərdən biri də saytda əlilliyi olan şəxslər üçün müyəssərlik menyusunun əlavə edilməsidir. Həmçinin müəyyən günlərdə saytda canlı yayım günü də baş tutacaq. Bu yayıma qoşulan hər bir kəs müraciət edib dərhal cavab almaq imkanı əldə edəcək. Həmçinin yeni veb-saytda xəbərlərin oxunma sayını da görmək mümkündür” – deyə sektor müdiri vurğulayıb.

DOĞRU.AZ

image-17048937055932512681_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki