image-n1karobka_ads
image-123
image-1716031767626244811_1200x630backend

Ombudsman Masallıda vətəndaşların müraciətlərini dinləyib – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Cənub Regional Mərkəzində Masallı, Cəlilabad, Lənkəran və digər rayonlardan olan vətəndaşlarla görüşüb.

Ombudsman Aparatından Doğru.az-a bildirilib ki, görüşdən əvvəl Səbinə Əliyeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Masallı şəhərində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Sonra müvəkkil Cənub Regional Mərkəzinin əhatə etdiyi rayonlardan müraciət etmiş vətəndaşlarla fərdi qaydada görüşüb. Görüş zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, onların bəzi müraciətləri yerində təmin olunub. Müraciətlərdə qeyd edilmiş problemlərin həlli ilə bağlı müvafiq dövlət qurumlarına müraciət olunacağı qeyd edilib.

Həmçinin vətəndaşların müraciətlərinə daha səmərəli və çevik şəkildə baxılması məqsədilə Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən “916” Çağrı mərkəzi və digər müraciət vasitələri barədə məlumat verilib.

DOĞRU.AZ

image-17160317672238231189_1200x630 image-1716031767310607395_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki