image-n1karobka_ads
image-123
image-fb_img_1661530609057backend

Orand kəndində səyyar qəbul və görüş – Lerik İcra Hakimiyyəti

image-ad_qayo_720x110px

Doğru.Az xəbər verir ki, 25 avqust 2022-ci il tarixində Lerik Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin avqust ayında yerlərdə keçirəcəyi səyyar qəbullara dair qrafikə uyğun olaraq rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov Orand kənd sakinləri ilə səyyar görüş-qəbul keçirdi.

Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edirdilər.

Görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov görüş iştirakçılarını salamladı və cənab Prezidentin rəhbərliyi ilə respublikada, rayonumuzda və Orand kənd inzibati ərazi dairəsində görülmüş işləri diqqtə çatdırdı, qarşıda duran vəzifələri qeyd etdi.

Keçirilən səyyar görüş-qəbullarda əsas məqsədin yerlərdəki mövcud vəziyyəti vətəndaşların dilindən öyrənmək, həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda digər məsələlərlə bağlı aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaqdır.

Qəbulda rayon icra hakimiyyəti başçısının Orand kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi çıxış edərək Orand kəndində görülmüş işlər barədə məlumat verdi.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənildi, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olundu və müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verildi.

DOĞRU.AZ

image-fb_img_1661530611467 image-fb_img_1661530613847 image-fb_img_1661530616566 image-fb_img_1661530619054

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki