Macarıstanın baş naziri Viktor Orban Aİ-ni Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb.
X sosial şəbəkəsində siyasətçi qeyd edib ki, Brüssel bürokratları tərəfindən hazırlanmış sanksiyalar Avropa iqtisadiyyatının rəqabət qabiliyyətini məhv edib.
“Dəyişiklik vaxtıdır!” – Macarıstan lideri yazdı.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Moskvanın Ukrayna münaqişəsinin həlli üzrə danışıqlara razılıq vermədiyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə icazə verib.
DOĞRU.AZ