Macarıstanın baş naziri Viktor Orban Ukraynadakı sülh təşəbbüsü ilə bağlı daha bir neçə kozırının olduğunu açıqlayıb.
Bloomberg onun sözlərindən sitat gətirir: “Mənim əlimdə daha bir neçə “sülhməramlı missiya” var.
Orban bildirib ki, Macarıstan onu sülhə “bir addım daha” yaxınlaşdıracaq “gözlənilməz təşəbbüslərlə” çıxış etməyə davam edəcək.
Bundan əvvəl Orban bildirib ki, Ukraynadakı münaqişənin həlli üçün ilk addım atəşkəs olmalıdır.
Mənbə RİA Novosti