image-n1karobka_ads
image-123
image-668e431002e8bd6066659989backend

Orban Ərdoğandan onun Ukrayna ilə bağlı təşəbbüsünü dəstəkləməsini istəyib

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan Ukrayna münaqişəsinin həlli üçün səyləri birləşdirməyi xahiş edib.

Bu barədə RİA Novosti yazır.

Vaşinqtonda NATO sammiti çərçivəsində Ərdoğanla danışıqlardan sonra videomüraciətində Orban bildirib ki, o, Türkiyə liderindən Budapeştə sülh missiyasında dəstək olmasını istəyib.

Baş nazirin sözlərinə görə, müharibə edən tərəflərin mövqeləri hələ də bir-birindən uzaqdır, lakin “sülh dostları” birləşsə, sülhə doğru növbəti addımı atmaq mümkün olacaq.

Orban Ərdoğanı taxıl müqaviləsi bağlayarkən Ukrayna münaqişəsində vasitəçilik etməkdə uğurlu təcrübəyə malik yeganə hökumət lideri adlandırıb.

Bundan əvvəl Macarıstanın baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Avropa Şurasının rəhbəri Şarl Mişel və Avropa İttifaqı liderlərinə məktub göndərib.

O, Mişel və Aİ liderlərinə Ukraynada atəşkəs şanslarının artırılması barədə danışıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki