image-n1karobka_ads
image-123
image-orbanbackend

Orban: Hələlik Aİ-də qalmaq Macarıstan üçün daha sərfəlidir

image-ad_qayo_720x110px

Macarıstanın Avropa İttifaqından çıxması nəzəri baxımdan mümkün olsa da, hazırda üzvlük daha sərfəlidir.

Doğru.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Ultrahang” internet portalına verdiyi müsahibədə danışıb. O qeyd edib ki, əgər Budapeşt Aİ-yə üzvlüyün mənasını itirdiyini görsə, səssiz qalmayacaq.

“Bu gün Macarıstan üçün Avropa İttifaqının tərkibində qalmaq və onu tərk etməkdənsə, daxildən dəyişiklik üçün mübarizə aparmaq daha sərfəlidir”, – deyə Orban “RIA Novosti”yə istinadən bildirib.

Həmçinin o, Aİ-nin Ukraynadan istifadə edərək Rusiyaya qalib gəlmək planının uğursuzluğa məhkum olduğunu deyərək, bu yanaşmanı “dəli ideya” adlandırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki