image-n1karobka_ads
image-123
image-6975fd60ae5ac96c684c753bbackend

Orban: KQB-də təlim keçənlərin düşüncəsini proqnozlaşdırmaq mümkün deyil

image-add-a-heading

Macarıstanın Baş naziri Viktor Orban KQB tərəfindən təlim keçmiş şəxslərin düşüncə tərzini əvvəlcədən anlamağın mümkünsüz olduğunu bildirib.

Doğru.az xəbər verir ki, Orban bu fikri Rusiya–Ukrayna münaqişəsi fonunda siyasi qərarlar və ərazi məsələlərinin müzakirəsi zamanı səsləndirib. O, ehtimal ki, Rusiya Prezidenti Vladimir Putinə işarə edərək, “KQB-də təlim keçmiş insanların başına baxmaq mümkün deyil” deyə vurğulayıb.

Mövzu ilə bağlı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun açıqlaması da xatırladılıb. Vitkoff bir müddət əvvəl amerikalı jurnalist Taker Karlsona müsahibəsində Rusiya Prezidenti Vladimir Putini “çox ağıllı” hesab etdiyini bildirib.

O, həmçinin keçmişdə “ölkənin ən ağıllı insanlarının” KQB-yə qoşulduğunu vurğulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki