Macarıstanın baş naziri Viktor Orban Çinə yollanır.
Bu barədə 444.hu portalı mənbələrə istinadən xəbər verir.
“Bizdə olan məlumata görə, Kiyev, Moskva və Azərbaycandan sonra Viktor Orban Çinə gedir”, – materialda deyilir.
Baş nazirin Çinə iyulun 8-də səhər saatlarında gələcəyi dəqiqləşib.
Daha əvvəl Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Szijyarto avropalı siyasətçilərə “təhlükəsizlik kəmərlərini bağlamağı və ölkənin baş naziri Viktor Orbanın “sülhməramlı missiya”nın bir hissəsi olaraq gələcək addımlarını yaxından izləməyi” tövsiyə edib.
DOĞRU.AZ