image-ads_n1karobka_mobile
image-17514111805377710382_1200x630backend

Ötən gün 38 nəfər cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb

image-add-a-heading

Doğru.az xəbər verir ki, iyulun 1-də ölkə ərazisində 46 yeni və əvvəlki dövrlərdən bağlı qalan 23 cinayət açılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, ümumilikdə axtarışda olan 57 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.

Eyni zamanda, narkotiklərlə bağlı 20, qanunsuz silah-sursatın aşkarlanması ilə bağlı isə 5 fakt müəyyən olunub. Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki