image-ads_n1karobka_mobile
Oyun vaxtı futbolçunun dizinə mismar girdi. FOTObackend

Oyun vaxtı futbolçunun dizinə mismar girdi. FOTO

Meksika çempionatında dəhşətli hadisə baş verib.

Yüksək dəstədə çıxış edən “Nekaksa” ilə “Atletiko San Luis” qarşılaşmasında birincilər 1:0 hesabı ilə qalib gəlsələr də, 75-ci dəqiqədə baş verən hadisə qələbəni unutdurub. 

Belə ki, “Nekaksa”nın müdafiəçisi Unay Bilbao rəqiblə ikili mübarizə zamanı topu gövdəsi ilə “bağlamağa” cəhd edib. Mübarizəni uduzmaq istəməyən rəqibi onu çiyniylə itələdiyindən Unay meydanın kənarına yıxılıb. Elə bu an dizi reklam lövləsini yerə birləşdirən iri mismarın başlığına girib.

Nəticədə futbolçu huşunu itirəcək dərəcədə ağrılar hiss edib, dizi baxılması mümkünsüz vəziyyətə düşüb. 
26 yaşlı ispan müdafiəçi dərhal xəstəxanaya aparılıb. Onun azı 6 ay futboldan uzaq qalacağı deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki