image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210327_094531_638backend

Ozobiç: “Neftçi”də hər zaman yaxşı futbolçular olub”

image-728x90px

Doğru.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Filip Ozobiç klubun rəsmi saytına açıqlama verib

“Tam heyətlə olmasa da, hazırlığımız davam edir. Bütün futbolçular olmayanda çətin olur, buna baxmayaraq, məşqlərdən maksimum yararlanmağa çalışırıq.

Azərbaycan Premyer Liqasının qalibi olmaq həmişə çətin olub. Bu il də istisna deyil. “Neftçi” ilə mübarizəyə gəlincə, bu il deyil, hər zaman bu komandada yaxşı futbolçular yer alıb. Mövsümün sonuna 8 tur qalıb. Ancaq biz 8 oyunu deyil, sırf olaraq növbəti matçımızı düşünürük. Baş məşqçimiz də bizdən həmişə performansımızın yüksək olmasını tələb edir”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki