Pentaqonun mətbuat katibi Şon Parnell Suriyanın Palmira şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı iki amerikalı hərbçi və bir mülki tərcüməçinin həlak olduğunu açıqlayıb.
Doğru.az xəbər verir ki, Parnell bu barədə sosial media hesabında yazıb:
“Bu gün Suriyanın Palmira şəhərində iki amerikalı hərbçi və bir amerikalı mülki tərcüməçi həlak olub, daha üç nəfər yaralanıb”.
Onun sözlərinə görə, hücum hərbçilərin “əsas liderlə işlədiyi” vaxt baş verib. Pentaqon rəsmisi bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, daha əvvəl Suriya televiziyası ABŞ və Suriya hərbçilərinin Palmira şəhəri yaxınlığında hücuma məruz qaldığını məlumat vermişdi.
Qeyd edək ki, İslam Dövləti (İŞİD) təşkilatı Rusiya Federasiyası Ali Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli qərarı ilə terrorçu təşkilat kimi tanınıb.
DOĞRU.AZ




























