image-ads_n1karobka_mobile
image-kvemmgquzwhxqaiuy6fjqmlydhaotqjtaizkrexu_1200backend

Paris-2024: Hidayət Heydərov Fransa idmançısına qalib gələrək olimpiya çempionu oldu – VİDEO

image-add-a-heading

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

Doğru.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbula (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovadan (Kosovo) güclü olub.

Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki