image-2000x150px
image-123
image-ads_atlas
image-d72f1ae9-8722-359a-94a6-43bb5e598940_850backend

Paris və daha beş şəhər DÇ-2022-ni boykot edib

image-728x90px

Fransanın altı şəhəri bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını boykot edəcəyini açıqlayıb.

Bunlar paytaxt Paris, Marsel, Lill, Strasburq, Reyms və Bordodur.

Həmin şəhərlərdə mundialın canlı oyunları və turnirlə bağlı digər tədbirlər təşkil olunmayacaq. Şəhərlərin rəhbərlikləri yarışın ev sahibi kimi Qətərin seçilməsinə etiraz olaraq bu addımı atıb.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Fransa millisi D qrupunda Avstraliya, Danimarka və Tunislə mübarizə aparacaq. Daha əvvəl Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik ölkədə insan hüquqları qorunmadığı üçün dünya çempionatının Qətərdə keçirilməsindən narazı olduğunu bildirib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki