image-n1karobka_ads
image-123
image-68834c9a02e8bd57c727d196backend

“Paşinyan 7 ildir eyni bəhanəni təkrarlayır” – erməni ekspert sərt danışdı

image-ad_qayo_720x110px

Ermənistanın baş naziri Nikol Paşinyan 7 ildir ki, bütün siyasi və ictimai səhvlərini əvvəlki hökumətin üzərinə yıxır. Xalq isə artıq bu təkrar bəhanələrdən yorulub.

Doğru.az xəbər verir ki, bu barədə Beynəlxalq İctimai Diplomatiya Ekspertləri Assosiasiyasının (IAPE) prezidenti Artur Xaçatryan “RT”yə müsahibəsində bildirib.

Xaçatryan deyib ki, hazırda Paşinyan yeni bir ssenariyə başlayıb və Katolikos postuna öz tərəfdarlarını yerləşdirməyə çalışır:
“Normal ruhani insanlar baş nazirin tapşırığı ilə bu vəzifəyə namizədliyini irəli sürməyəcək. Düşünürəm ki, Paşinyan artıq bu post üçün dummy adamlar hazırlayıb”.

Ekspert həmçinin Ermənistan cəmiyyətindəki parçalanmanı Ukraynada yaşananlarla müqayisə edib və əlavə edib ki, əvvəllər kilsəyə yalnız xarici düşmənlər hücum edirdi:
“O zaman Eçmiədzinin elə bir gücü vardı ki, düşmən gələndə dönüb gedirdi. İndi isə görünür, Paşinyan Tanrının cəzasını alacaq”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki