Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda erməni məhbusların məhkəmə prosesinin davam etməsindən narahatlığını bildirib.
Bu barədə TASS məlumat yayıb.
O qeyd edib ki, əlçatan olan məlumat və videomateriallar həqiqətən də həyəcanvericidir.
“Amma deməliyəm ki, biz bu vəziyyətə ilk növbədə məntiq mövqeyindən yanaşır və “zərər vermə” mövqeyindən çıxış edirik. Və bu məsələ bizim diplomatik gündəliyimizdə prioritetdir”, – Paşinyan bildirib.
O, Ermənistanın müsbət nəticələr əldə etmək üçün bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Keçən il Paşinyan bəyan etmişdi ki, erməni məhbuslar məsələsi sülh imzalanandan sonra həll olunmalıdır.
DOĞRU.AZ