image-n1karobka_ads
image-123
image-creator-gd-jpeg-v1-0-using-ijg-jpeg-v62-quality-90backend

Paşinyan BƏƏ prezidenti ilə sülh danışıqlarını müzakirə edib

Doğru.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşündə Ermənistan-Azərbaycan arasında davam edən danışıqlar və mümkün sülh sazişi barədə fikir mübadiləsi aparıb.

Ermənistan hökumətinin yaydığı məlumata görə, BƏƏ prezidenti sülh sazişi layihəsinin irəliləməsini müsbət qiymətləndirib və sənədin tezliklə imzalanacağına ümid etdiyini bildirib.

Paşinyan isə öz növbəsində BƏƏ-nin bölgədə sabitliyə və təhlükəsizliyə verdiyi töhfəni yüksək qiymətləndirib. Görüş zamanı həmçinin Ermənistanın irəli sürdüyü “Sülh yollarının kəsişməsi” təşəbbüsü də diqqət mərkəzində olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki