Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq niyyətini rəsmi şəkildə bəyan edib.
Doğru.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib. Onun sözlərinə görə, ölkə rəhbərliyi artıq təşkilata üzvlük məsələsi ilə bağlı müraciət təqdim edib.
Qeyd edək ki, ŞƏT-ə hazırda 10 ölkə daxildir: Rusiya, Çin, Hindistan, İran, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Belarus.
Xatırladaq ki, iyulun 3-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti də ölkənin ŞƏT-ə üzv olmaq istədiyini bəyan etmişdi.
DOĞRU.AZ