Ermənistanın baş naziri Nikol Paşinyan respublikada sosial-psixoloji inqilabın başladığını bəyan edib. O, bunu parlamentdə çıxışı zamanı deyib.
Lenta.ru xəbər verir ki, Paşinyan qeyd edib ki, “Qarabağ hərəkatını” canlandırmaq cəhdləri Ermənistanın özü üçün dağıdıcıdır. Bu hərəkat, onun fikrincə, ölkənin dövlətçiliyinə, müstəqilliyinə, suverenliyinə qarşı bir vasitədir.
Ermənistanın baş naziri də ölkənin yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməsinə qarşı çıxıb.
DOĞRU.AZ