Ermənistanın baş naziri Nikol Paşinyan etiraf edib ki, respublika eyni vaxtda Aİİ və Avropa İttifaqının üzvü ola bilməz.
O, bunu Praqada keçirilən GLOBSEC 2025 forumunda deyib.
“Əlbəttə, biz başa düşürük ki, biz eyni zamanda Aİİ və Aİ-nin üzvü ola bilmərik”, – onun sözlərini sitat gətirir.
Paşinyanın sözlərinə görə, müəyyən məqamda İrəvan seçim etməli olacaq, lakin qərarı hökumət və parlamentin rəhbərliyi altında Ermənistan vətəndaşları verəcək.
“Nə qədər ki, belə bir qərarın qəbul edilməsinə ciddi ehtiyac yoxdur, biz demokratik islahatlarımızı davam etdirəcəyik ki, onlar Aİ standartlarına mümkün qədər uyğun olsun”, – deyə baş nazir əlavə edib.
DOĞRU.AZ