Ermənistan hökuməti Azərbaycanla sülh sazişi çərçivəsində yaradılacaq nəqliyyat dəhlizlərinin və infrastruktur layihələrinin idarə olunmasında özəl şirkətlərin iştirakını nəzərdən keçirir.
Doğru.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verib. O bildirib ki, “Dünyanın kəsişməsi” adlandırılan layihə böyük investisiya potensialına malikdir və bu səbəbdən layihəyə sərmayə cəlb edəcək xüsusi bir şirkətin yaradılması müzakirə olunur.
Paşinyan qeyd edib ki, belə bir şirkət Ermənistanın mülkiyyəti ola və ya onun nəzarətində fəaliyyət göstərə bilər.
Xatırladaq ki, iyunun sonunda Paşinyan “Zəngəzur dəhlizi” ifadəsinin əvəzinə “Sülh yollarının kəsişməsi” terminindən istifadə olunacağını bildirmişdi.
DOĞRU.AZ