Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub və onlar respublikalar arasında əməkdaşlığın intensivləşdirilməsi barədə razılığa gəliblər.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, söhbətin mövzuları ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq gündəmlər olub.
“Həmsöhbətlər bir sıra sahələrdə ikitərəfli əməkdaşlığı intensivləşdirməyə razılaşıblar”, – RİA Novosti mesajın mətnindən sitat gətirir.
Bir müddət əvvəl Ukrayna baş prokurorunun keçmiş müşaviri Andrey Telizhenko RT-də Qərbin Ermənistandakı siyasi hərəkatlarına daha çox səlahiyyət vermək istədiyini bildirmişdi.
DOĞRU.AZ