image-n1karobka_ads
image-123
image-1747030693613062768_1200x630backend

Paytaxt ərazisində avtoxuliqanlıq edən motosiklet sürücüləri həbs olunublar

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçıları üçün təhlükə yaradan motosiklet sürücüləri – Baba Məlikov, Nicat Şirinov, Şamil Həsənov və Emir Xozin saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, adıçəkilən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, B.Məlikov və Ş.Həsənovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və hər ikisi 15 gün müddətində inzibati həbs cəzasına məhkum edilib. N.Şirinov da 15 gün inzibati qaydada həbs olunub, E.Xozin isə cərimələnib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki