image-n1karobka_ads
image-123
image-e548220d-a417-442f-86c5-c4e7835d9369backend

Paytaxtda açıq ərazi yanır

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə hazırda nazirliyin  Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğının söndürülməsinə cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov hadisə yerindədir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki