image-n1karobka_ads
image-123
image-fotojet-1-2-1backend

Paytaxtda evdə güclü partlayış: Əcnəbi tələbələr yaralandılar Paytaxtda evdə güclü partlayış: Əcnəbi tələbələr yaralandılar

Şəhər şosesi döngə 2, ev 8 ünvanında qaz sızması nəticəsində partlayış olub.

Partlayışın təsirindən evin pəncərələri qırılıb, sanitar qovşağının tavanı çöküb. Hadisə zamanı evdə olan Pakistan vətəndaşları – 1985-ci il təvəllüdlü Masih İmtiaz, 1988-ci il təvəllüdlü Ali Muhammed Faisal, Hindistan vətəndaşları – 1991-ci il təvəllüdlü Phulpreet Singh və 2002-ci il təvəllüdlü Prem Sagar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onların Odlar Yurdu Universitetinin tələbələri olduğu və həmin evdə kirayə yaşadıqları bildirilib. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki