image-n1karobka_ads
image-123
image-1719198311498444578_1200x630backend

Paytaxtın 4 rayonunun qaz təchizatında fasilə yaranacaq

image-ad_qayo_720x110px

Bakının Sabunçu, Xətai, Nərimanov və Qaradağ rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Doğru.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Təmir-quraşdırma işləri aparılan zaman Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin Daş karxanası, Subtropik sovxoz ərazisi və “Maştağa-Gülçülük” yaşayış massivinin, Xətai rayonu üzrə Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev, Sadıqcan küçələrinin, Nərimanov rayonu üzrə Ziya Bünyadov prospektinin, Qaradağ rayonu üzrə isə Səngəçal, Əzimkənd, Umbakı qəsəbələrinin və Yol evləri, Bağ evləri yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki