Bakının bir sıra əsas küçə və prospektlərində nəqliyyatın intensivliyi artıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda aşağıdakı ərazilərdə sıxlıq müşahidə olunur:
1. Babək prospekti – mərkəz istiqamətində;
2. Qara Qarayev prospekti – “Qara Qarayev”dən “Koroğlu” metro stansiyası istiqamətində;
3. Sabunçu-Zabrat şosesi – “Koroğlu” metro stansiyası istiqamətində.
4. Mikayıl Əliyev küçəsi – Neft Emalı Zavodunun yanından dairəyə qədər (“Koroğlu” istiqamətində);
5. Heydər Əliyev prospekti – köməkçi yol, mərkəz istiqamətində;
6. Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
7. Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
8. Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
9. Rəşid Behbudov küçəsi – Mərkəzi Bank istiqamətində;
10. Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;
11. 28 May küçəsi – Puşkin küçəsindən Rəşid Behbudov küçəsinədək;
12. Dilarə Əliyeva küçəsi – Puşkin küçəsindən Rəşid Behbudov küçəsinədək;
13. Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
14. Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
15. 8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
16. Koroğlu Rəhimov küçəsi – Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
17. Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində.
Sürücülərə alternativ yollar seçmək və tıxaclı ərazilərdə diqqətli olmaq tövsiyə olunur.
DOĞRU.AZ