Bu gün səhər saatlarından etibarən Bakının bir sıra əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Doğru.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Sıxlıq olan ərazilər aşağıdakılardır:
1. Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində
2. Yusif Səfərov küçəsi – mərkəz istiqamətində
3. Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində
4. Heydər Əliyev prospekti – əsas yol, mərkəz istiqamətində
5. Niyazi küçəsi – Azneft dairəsi və “İçərişəhər” metro istiqamətlərində
6. Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində
7. Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar”a doğru
8. Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyası istiqamətində
9. 8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində
10. Koroğlu Rəhimov küçəsi – Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsinə qədər
11. Rəşid Behbudov küçəsi – Mərkəzi Bank istiqamətində
12. Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər
13. Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi istiqamətində
Sürücülərə alternativ yollardan istifadə etmək və yola çıxmazdan əvvəl NİİM-in canlı yol xəritəsinə nəzər yetirmək tövsiyə olunur.
DOĞRU.AZ