image-ads_n1karobka_mobile
image-1712127402883733616_1200x630backend

Paytaxtın Nəsimi rayonunda yararsız vəziyyətə düşən işıqfor bərpa edilir

Aprelin 3-də səhər saatlarında Nəsimi rayonunun Rəşid Behbudov ilə 28 May küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzindən “Doğru.az“-a verilən məlumata görə, qəza nəticəsində kəsişmədə olan bir işıqfor dirəyi yararsız vəziyyətə düşüb.

Hazırda İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları hadisə yerindədirlər və işıqforun qısa zamanda bərpa edilməsi məqsədilə işlər görülür.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki