ABŞ tezliklə Yaponiya, Avstraliya və Filippinlə yeni dəniz təlimləri keçirəcək.
RİA Novosti xəbər verir ki , bu barədə Pentaqonun yüksək rütbəli nümayəndəsi bildirib.
“Biz Yaponiya, Avstraliya və Maniladakı tərəfdaşlarımızla müzakirələr apardıq, o cümlədən ikitərəfli əsasda ABŞ-Filippin təlimləri də daxil olmaqla daha müntəzəm təlimlər keçirdik”.
Departamentin məlumatına görə, “yaxın gələcəkdə” yeni birgə təlimlər keçiriləcək.
Pentaqon həmçinin bildirib ki, ABŞ və Avstraliya hipersəs silahlarının yaradılmasında irəliləyiş əldə ediblər.
Bundan əvvəl Yaponiya ABŞ-a Patriot PAC-3 raketdən müdafiə sistemləri üçün raketlərin tədarükü ilə bağlı müqavilə imzalayıb.
DOĞRU.AZ