image-n1karobka_ads
image-123
image-2023-11-09t111257z_804254_rc2b84avce3t_rtrmadp_3_israel-palestinians-gaza-family-pic_32ratio_900x600-900x600-97786backend

Pentaqon İsrailə Qəzza zolağının əhalisini qorumaq zərurətinə işarə edib

Pentaqonun rəhbəri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qalant ilə telefon danışığı aparıb və bu zaman o, Qəzza zolağında mülki əhalinin qorunması və davamlı olaraq humanitar yardımın göstərilməsinin vacibliyinə işarə edib.

Bu barədə ABŞ hərbi departamentinin mətbuat xidməti xəbər verir.

“Ostin Qəzzada mülki əhalinin müdafiəsi və humanitar yardımın çatdırılmasını artırmaq üçün səylərin artırılmasına çağırıb”, – bəyanatda deyilir.

Danışıqlar zamanı Ostin Vaşinqtonun İsrailə dəstəyini bir daha təsdiqləyib, yəhudi dövlətinin “terrordan qorunmaq” hüququnu qeyd edib.

Eyni zamanda Pentaqon rəhbəri Qalantı İordan çayının qərb sahilində israilli mühacirlər tərəfindən zorakılığın artmasına son qoymağa çağırıb.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki