Qışın əvvəlindən bəri ən ciddi yol qəzası Rusiya Federasının Penza bölgəsində baş verib.
Doğru.az xəbər verir ki, güclü qar fırtınası zamanı 25 avtomobil toqquşub. Sürücülər demək olar ki, görünməyən yol şəraitində maşın sürürdülər. Hadisə yerindən görüntülər Telegram kanalı Mash tərəfindən yayımlanıb; videoda ön şüşəsi bütöv qarla örtülmüş avtomobillər və yolda park edilmiş zədələnmiş maşınlar görünür.
Qəza Penza-Tambov magistral yolunda baş verib. Hadisə nəticəsində bir uşaq da daxil olmaqla beş nəfər yaralanıb.
Qar uçqunu təhlükəsi səbəbindən bölgədə yüksək hazırlıq rejimi tətbiq olunub və M-12 “Vostok” və R-208 federal magistral yolları bağlanıb.
DOĞRU.AZ




























